...

Batma təhlükəsi ilə üzləşən ata və iki oğlu xilas edildi (VİDEO)

Cəmiyyət Materials 21 Avqust 2023 20:25 (UTC +04:00)
Batma təhlükəsi ilə üzləşən ata və iki oğlu xilas edildi (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Sabunçu rayonunda “Qızılqum” çimərliyinin ərazisində 3 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1975-ci il təvəllüdlü Camalov Avtandil Yusif oğlu, 2004-cü il təvəllüdlü Camalov Tural Avtandil oğlu və 2006-cı il təvəllüdlü Camalov Vüsal Avtandil oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti