...

Bakıda binaların keyfiyyəti heç də Londondan geri qalmır - AÇIQLAMA

Cəmiyyət Materials 25 Avqust 2023 09:56 (UTC +04:00)
Bakıda binaların keyfiyyəti heç də Londondan geri qalmır - AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hər dəfə zəlzələ baş verən zaman ortaya çıxan suallardan biri də binaların keyfiyyəti, zəlzələyə davamlılığı olur. Eyni zamanda, zəlzələdən sonra bir müddət bina evlərinə maraq azalır, insanlar daha çox həyət evlərinə üstünlük verməyə başlayırlar.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən "MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov deyib ki, Azərbaycanda tikilən binalar keyfiyyətinə görə heç də dünyanın digər inkişaf etmiş ölkələrində olan binalardan geri qalmır.

“Hələ sovet dönəmində Azərbaycanda binaların tikintisinə və qəbuluna yüksək tələb var idi. O vaxtlar standartlar çox sərt idi. Həmin ənənələr keçmiş sovet respublikalarında qalıb. İstənilən ölkədə zəlzələ vaxtı dağıntı olur, ancaq dağıntının həcmində fərq var. Mən Türkiyədə, Dubayda, o cümlədən, dünyanın qədim və inkişaf etmiş şəhərlərindən biri olan Londonda və digər şəhərlərdə də binalara baxmışam. Bizim binalarımız onların binalarından keyfiyyətsiz deyil”, - deyə şirkət direktoru vurğulayıb.

O qeyd edib ki, sadəcə olaraq, dağıntıların az və ya çox olması zəlzələnin gücündən, dalğanın intensivliyindən və zamandan asılı olur.

“Misal üçün, deyək ki, zəlzələ 7 bal gücündə baş verir, amma dalğa çox qısa olur, zaman çox qısa olur. Yəni bu amillərdən çox şey asılıdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 22-də Azərbaycanda 4,9 bal gücündə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində qeydə alınıb.

Zəlzələnin dərinliyi isə 13 kilometr təşkil edib. Təkan ətraf rayonlarda 3 bala yaxın hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti