...

Dövlət qulluğu imtahanına əlavə test tapşırıqları salındı

Cəmiyyət Materials 25 Avqust 2023 17:44 (UTC +04:00)
Dövlət qulluğu imtahanına əlavə test tapşırıqları salındı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Aparılan araşdırmalar göstərir ki, dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin kifayət qədər olmaması dövlət orqanlarında informasiya təhlükəsizliyi təminatına mənfi təsir göstərir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq dövlət qulluğuna qəbul imtahanlarına informasiya texnologiyalarından (kompüterdən, internetdən, mobil telefondan) təhlükəsiz istifadəyə dair test tapşırıqlarının da daxil edilməsi məqsədəuyğun hesab edilib.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib

Beləliklə, dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının informasiya texnologiyaları üzrə proqramına müəyyən dəyişikliklər edilib, imtahan proqramına “İnformasiya təhlükəsizliyi” mövzusu da daxil edilib.

2023-cü il oktyabr ayından etibarən keçirilən imtahanlarda bu mövzuya dair test tapşırıqlarının da istifadə edilməsi nəzərdə tutulur.

İmtahana hazırlaşan namizədlər aşağıdakı linkə daxil olub proqramla tanış ola bilərlər:

https://exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti