...

Azərbaycanda 1 səhmdar cəmiyyətinin səhm paketi və 16 avtomobil özəlləşdirildi

Cəmiyyət Materials 30 Avqust 2023 12:12 (UTC +04:00)
Azərbaycanda 1 səhmdar cəmiyyətinin səhm paketi və 16 avtomobil özəlləşdirildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda "Anar” ASC-nin 30 %-lik səhm paketi satılıb.

Trend bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərracda həmçinin 16 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu baxımdan hərrac rəqabətli olub. Belə ki, lot üzrə təqdim edilən 5 ədəd “Chevrolet Niva” markalı avtomobilin start qiyməti 17 400 manat olsa da, ən son təklif 25 500 manata yüksəlib. Bununla yanaşı, ilkin qiyməti 3 250 manat olan “Mitsubishi Pajero” markalı avtomobil 4 550 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti