...

Lənkəranda övladlığa verilən qızın qaçırılması ilə bağlı DİN-dən AÇIQLAMA (YENİLƏNİB)

Cəmiyyət Materials 4 Sentyabr 2023 14:09 (UTC +04:00)
Lənkəranda övladlığa verilən qızın qaçırılması ilə bağlı DİN-dən AÇIQLAMA (YENİLƏNİB)

Bakı. Trend:

Sosial şəbəkələrdə azyaşlının qaçırılması ilə bağlı yayılan iddialar araşdırılıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.

Onun sözlərinə görə, tərəflər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət olunaraq dinlənilib.

Azyaşlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasının əməkdaşları və psixoloqun iştirakı ilə verdiyi izahatda könüllü şəkildə bioloji anasının yanına getdiyini, onu övladlığa götürən T.Əliyevanın yanına qayıtmaq istəmədiyini bildirib.

Araşdırmalarla əməldə kriminal tərkibin olmadığı müəyyən olunub.

Toplanmış material baxılması üçün aidiyyəti üzrə Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasına göndərilib.

xxx

13:55

Lənkəranda övladlığa verilən qız qaçırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkədə paylaşılan həmin məsələdən məlumatlıdırlar: "İddialar araşdırılır, nəticəsi barədə məlumat veriləcək".

Qeyd edək ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz "Facebook" səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, 15 yaşlı qızı bioloji ana və qohumları qaçırıblar:

“Qıza nə ediblərsə, qız rəsmi anaya dönmür. Uşaq övladlığa götürən ailənin ad, soyadındadır. Qonşular uşağın məcburən saxlandığını iddia edirlər. Məxfiliyin pozulması cinayət tərkibi yaradır. Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında “getmirəm” deyir. Lənkəranda illər əvvəl notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. İndi isə məxfilik pozulub və uşaq qaçırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti