...

Neçə illərdir ki, bu günləri gözləyirdik - Ağalı sakini

Cəmiyyət Materials 13 Sentyabr 2023 09:11 (UTC +04:00)
Neçə illərdir ki, bu günləri gözləyirdik - Ağalı sakini
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Doğma yurd-yuvama qayıtmağın sevincini yaşayıram.

Trend xəbər verir ki, bunu Zəngilan rayonu Birinci Ağalı kəndinin sakini Gülzar İsayeva deyib.

O bildirib ki, doğma kəndə qayıtmaqdan məmnunluq hissi keçirir.

"Biz neçə illərdir ki, bu günləri gözləyirdik. Bu günü bizə yaşatdıqlarına görə, Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, qüdrətli Azərbaycan ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdaram", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün daha 25 ailə - 123 nəfər Zəngilanın Ağalı kəndinə köçürülüb. Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 9-u dördotaqlı, 6-ı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 133-ə (649 nəfərə) çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti