...

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 17 Sentyabr 2023 07:10 (UTC +04:00)
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

DİM-dən Trend-ə bildirilib ki, İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək.

Xatırladaq ki, imtahana qeydiyyat avqustun 17-dən sentyabrın 14-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti