...

Qida sahəsində fəaliyyət göstərən 6 müəssisədə nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 20 Sentyabr 2023 05:22 (UTC +04:00)
Qida sahəsində fəaliyyət göstərən 6 müəssisədə nöqsanlar aşkarlanıb

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində monitorinqlər keçirib. İstehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 6 müəssisədə nöqsanlar müəyyən olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 6, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti