...

Bu il 61 dərslik üzərində işləmişik - Şöbə müdiri

Cəmiyyət Materials 28 Sentyabr 2023 11:36 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dərsliklərin yazılması kifayət qədər uzun və vaxt aparan prosesdir.

Trend xəbər verir ki, bunu ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ümumi orta təhsil səviyyəsində dərsliklər hər 4 ildən bir, tam orta təhsil səviyyəsində dərsliklər isə 5 ildən bir yenilənə bilər:

"Bu il 61 dərslik üzərində işləmişik. Onlardan 37-si yeni hazırlanıb, 24-ü üzərində təkmilləşdirilmə işləri aparılıb. Bu il 318 adda dərslik çap olunaraq məktəblərə çatdırılıb. Bu da 7 milyon 7 mindən çox nüsxə deməkdir. Bir dərsliyin üzərində 50-60 nəfərin əməyi var".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Təhsil masası"nda dərsliklər və onların məzmunu barədə suallara aydınlıq gətirib.

Xəbər lenti

Xəbər lenti