...

Dövlətimizin potensialı ən qısa zamanda bütün ərazilərimizi bərpa etməyə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu torpaqları cənnətə çevirməyə imkan verir - Samir Nuriyev

Cəmiyyət Materials 14 Oktyabr 2023 12:06 (UTC +04:00)
Dövlətimizin potensialı ən qısa zamanda bütün ərazilərimizi bərpa etməyə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu torpaqları cənnətə çevirməyə imkan verir - Samir Nuriyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ən ağrılı problem kimi ərazilərin minalardan təmizlənməsi istiqamətində işlər ardıcıl şəkildə aparılır. Artıq 100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Trend xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

“44 günlük müharibədən sonrakı dövrdə Qarabağda qalan Ermənistanın hərbi birləşmələri perimetr üzrə böyük bir ərazini yenidən minalayıb və bu da həllini gözləyən məsələlərdən biridir.

Əlbəttə, Azərbaycan dövlətinin potensialı mümkün qədər ən qısa zamanda bütün ərazilərimizi bərpa etməyə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu torpaqları cənnətə çevirməyə, oraya yenidən həyat qaytarmağa imkan verir”,- deyə S.Nuriyev bildirib.

Qeyd edək ki, 2023 cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə " Gülüstan" Sarayında "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti