Bakı. Trend:
İş və xidmət yerlərində, habelə təhsil müəssisələrində seksual qısnama hallarının qarşısının alınması və xəbərdar edilməsi məqsədi ilə monitorinq sisteminin yaradılması məqsədəuyğun olardı.
Trend xəbər verir ki, bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub.
Qeyd edilib ki, belə bir səlahiyyət Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) verilə bilər. Aşkar edilmiş seksual qısnamanın dərəcəsindən asılı olaraq daha dərin təhqiqatın aparılması Dövlət Əmək Müfəttişliyinin təqdimatı ilə prokurorluq orqanları tərəfindən həyata keçirilə və nəticələrə uyğun olaraq inzibati və cinayət məsuliyyəti müəyyən edilərək məhkəməyə verilə bilər.