...

Xaçmaz şəhərində tikinti-quruculuq işləri davam etdirilir (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2023 15:41 (UTC +04:00)
Xaçmaz şəhərində tikinti-quruculuq işləri davam etdirilir (FOTO)

Bakı. Trend:

Xaçmaz şəhərində tikinti və abadlıq işləri davam etdirilir, prospekt və küçələr əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir.

Trend xəbər verir ki, tədbirlər planına uyğun olaraq Nəriman Nərimanov küçəsində son tamamlanma işləri görülür. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə mövcud piyada səkiləri yenilənib, üzərinə 24500 kvadratmetrdən çox tamet daşlar döşənib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nəriman Nərimanov küçəsində görülmüş işlərlə tanış olub. Sakinlərlə həmsöhbət olan icra başçısı həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı vətəndaşların rəy və təkliflərini dinləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti