...

Ötən ay 107 nəfər zəhəlrənib, 4-ü vəfat edib - RƏSMİ

Cəmiyyət Materials 4 Dekabr 2023 15:16 (UTC +04:00)
Ötən ay 107 nəfər zəhəlrənib, 4-ü vəfat edib - RƏSMİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub.

Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u etanoldan, 7-si dəm qazından zəhərlənib.

7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin 2 nəfəri ilan, 1 nəfəri həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 3-ü kişi, 1-i qadın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti