...

Ötən ay xaricdə təhsil almış 73 nəfərin diplomu tanınmayıb

Cəmiyyət Materials 5 Dekabr 2023 09:48 (UTC +04:00)
Ötən ay xaricdə təhsil almış 73 nəfərin diplomu tanınmayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabr ayı üzrə 360 müraciətçinin 287-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-ə verilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 62, təhsilalma forması üzrə 7, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 104, Rusiya Federasiyasından 101, Türkiyə Respublikasından 75, Gürcüstandan 39, Birləşmiş Krallıqdan 5, digər ölkələrdən isə 36 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 50, iqtisadiyyat üzrə 45, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 20, beynəlxalq münasibətlər üzrə 16 müraciətçi qeydə alınmışdır.
Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti