...

ANAMA əməkdaşı Ağdamda minaya düşdü, ayağı amputasiya olundu (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2023 12:52 (UTC +04:00)
ANAMA əməkdaşı Ağdamda minaya düşdü, ayağı amputasiya olundu (YENİLƏNİB) (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi Ağdam rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

Qurumdan Trend-ə bildirilib ki, 2023-cü il 5 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.

xxx

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdamda minaya düşüb.

Trend xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş ərazisində minatəmizləmə zamanı baş verib.

Tərtər rayon sakini Vaqif Əkbərov iş fəaliyyəti zamanı minaya düşüb. Onun sağ ayağı amputasiya edilib.

Xəbər lenti

Xəbər lenti