...

Qərbi azərbaycanlıların hüquq və azadlıqları təmin edilməlidir - Yunan dekan

Cəmiyyət Materials 5 Dekabr 2023 14:11 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan birmənalı şəkildə Qərbi azərbaycanlıların öz ata yurdlarına qayıdışını təmin etməlidir.

Trend xəbər verir ki, bunu Yunanıstanın Saloniki Universitetinin dekanı Panaqyotis Qlavinis “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Bununla yanaşı, həmçinin, onların hüquqları və azadlıqları təmin edilməlidir. Hər bir şəxsin öz yurduna qayıtmaq hüququ var. Amma bu gün həmin hüquqlar pozulur. Bu məsələnin dinc dialoq yolu, məhkəmə müdaxiləsi ilə həlli vacibdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə 30 ölkədən 100-dən çox qonaq iştirak edir.

Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam edəcək.

Xəbər lenti

Xəbər lenti