...

Dərmanların qeydiyyat prosesi sadələşdirilir - Keyfiyyət artacaq

Cəmiyyət Materials 5 Dekabr 2023 18:08 (UTC +04:00)
Dərmanların qeydiyyat prosesi sadələşdirilir - Keyfiyyət artacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Tarif Şurası tərəfindən dərman vasitələrinin sadələşdirilmiş ekspertiza xidmətlərinin tariflərinin qəbul edilməsi bir neçə istiqamətdə təsir göstərəcək.

Bu barədə Trend-in suallarını cavablayarkən iqtisadçı ekspert Eyyub Kərimli deyib.

O qeyd edib ki, bu qərarın ilk növbədə keyfiyyətli dərmanların ölkəyə gətirilməsində əhəmiyyətli təsiri olacaq.

"Həmçinin bu prosedurun asanlaşması müxtəlif dərmanların ölkəyə idxal edilməsinə gətirib çıxaracaq. Təbii rəqabətin artması nəticəsində müəyyən dəyişikliklər baş verəcək. Son nəticədə bu keyfiyyətli dərman preparatlarının çeşidliliyini, həmçinin münasib qiymətə dərman alışına əlçatanlığı təmin edəcək. Əhalinin daha keyfiyyətli dərman vasitələri almasına müsbət təsir göstərəcək", - deyə o, əlavə edib.

Qeyd edək ki, Tarif Şurasının bu gün keçirilən iclasında dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o cümlədən, xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib. Sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən təxminən 20-29% azaldılıb.

Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20%-ə qədər yuxarı həddə təsdiqlənib. Sadələşdirilmiş ekspertizanın tariflərinin daha aşağı olması həmin dərmanların qeydiyyatını, yenidən qeydiyyatını və idxalını daha səmərəli etməklə dərman təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. Bu hal dərman şirkətlərininin yüksək keyfiyyətli, effektivliyi təsdiqlənmiş dərman vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti