...

Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 5 Dekabr 2023 17:48 (UTC +04:00)
Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq - XƏBƏRDARLIQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq.

Trend xəbər verir ki, Corat qəsəbəsində 1000-lik ŞQTM-i quraşdırılacaq və Corat bağlarında çəkilmiş d108 mm-lik küçə qaz xətti mənbəyə qoşulacaq. Bununla əlaqədar 6 dekabr saat 09:30-dan etibarən işlər tamamlanana qədər d530 mm-lik “Şəhər-4” yerüstü ortatəzyiqli qaz xəttindən qaz təchizatı dayandırılacaq.

Bu müddət ərzində 13-cü mikrorayonun bir hissəsi, Təzə Corat, Köhnə Corat, Novxanı, Novruz qəsəbələri və Corat bağlarına qaz verilməyəcək.

Sumqayıt Qaz İstismarı Sahəsi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti