...

154 zorakılığa məruz qalan şəxsə xidmət göstərilib, onların 100-ü uşaqdır - Sahil Babayev

Cəmiyyət Materials 6 Dekabr 2023 10:59 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzi şöbəsi”ndə ötən dövrdə 154 zorakılığa məruz qalan şəxsə xidmət göstərilib. Onların 100-ü uşaqlardır.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, məişət zorakılığından əziyyət çəkənlər ən çox ailədaxili münaqişələrdən əziyyət çəkən şəxslərdir.

“Azyaşlı qızların təhsildən kənarlaşdırılması bu sahədə ən böyük riskdir. Təhsil bu sahədə ən güclü silah olmalıdır”, - deyə nazir bildirib.

Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti