...

Sığınacaqdan 18 uşaq qızılcaya görə xəstəxanaya yerləşdirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 6 Dekabr 2023 15:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb.

"10 uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir. Vəziyyətləri stabildir", - məlumatda qeyd edilib.

xxx

13:10

Azərbaycan Uşaqları İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə sığınacaqdakı qızılcaya yoluxma mıəsələsinə münasibət bildirib.

O, Trend-ə açıqlamasında yoluxanlar arasında əməkdaşların da olduğunu deyib.

"Qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş uşaqlarımızın sayı çoxdur. Əksəriyyəti də 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır", - K.Ağazadə qeyd edib.

xxx

11:45

Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacaqda qalan çoxlu sayda uşaq qızılcaya yoluxub.

Təşkilatdan Trend-ə verilən məlumata görə, yoluxan uşaqların sayı hələ dəqiq deyil.

İctimai Birlikdən qızılcaya yoluxan uşaqların sayı ilə bağlı konkret rəqəmlərin açıqlanacağı bildirilib.

Xəbər lenti

Xəbər lenti