...

Masallıda kafedə saxta alkoqollu içkilər aşkarlandı

Cəmiyyət Materials 6 Dekabr 2023 17:48 (UTC +04:00)
Masallıda kafedə saxta alkoqollu içkilər aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən “Tural” kafesində plandankənar yoxlama keçirib.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Kafedə işçi heyətin tibbi müayinədən keçmədiyi məlum olub, həmçinin son istifadə müddəti bitmiş qida məhsulları və ümumi həcmi 24 litr olan müxtəlif əmtəə nişanları saxtalaşdırılaraq kustar üsulla hazırlanmış alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların məhdudlaşdırılmasına və məhv edilməsinə dair qərar qəbul olunub.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti