...

Zəlzələ AZAL-ın uçuşlarının müntəzəmliyinə təsir etməyib

Cəmiyyət Materials 7 Dekabr 2023 11:48 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Hava Yolları Bakı yaxınlığında baş vermiş zəlzələyə baxmayaraq, uçuşları cədvələ uyğun həyata keçirməyə davam edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, bütün uçuşlar sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməklə ştat rejimdə yerinə yetirilir.

Qeyd edək ki, Azərbaycanda baş vermiş 5.6 bal gücündə zəlzələnin ocağı Xəzər dənizində, 68 km dərinlikdə qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti