...

Sabah yağış yağacaq

Cəmiyyət Materials 7 Dekabr 2023 12:27 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə ,havanın temperaturu gecə 6-9° isti, gündüz 9-12° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8°, gündüz 8-13°, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti