...

Nazirlik işğaldan azad edilmiş ərazilərin sakinlərinə çağırış etdi

Cəmiyyət Materials 7 Dekabr 2023 14:52 (UTC +04:00)
Nazirlik işğaldan azad edilmiş ərazilərin sakinlərinə çağırış etdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin işsiz və işaxtaran sakinlərini peşə hazırlığı kurslarına dəvət edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, peşə kurslarına 2023-2024-cü illərdə həmin ərazilərdə məskunlaşmış, habelə məskunlaşması nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər.

Kurslarda iştirak etməklə siz əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və peşələr üzrə işlə təmin olunmaq imkanı qazanacaqsınız.

Peşə hazırlığı kurslarına:

DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək, və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.

Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir.

Peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərin sakinləri üçün də təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti