...

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Cəmiyyət Materials 7 Dekabr 2023 17:53 (UTC +04:00)
Azərbaycanda yeni rüsumlar müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yeni rüsumlar müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.

Qeyd edək ki, bu barədə məsələ Milli Məclisin dekabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti