...

Paytaxtda və bölgələrdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 7 Dekabr 2023 19:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında dekabrın 8-i axşamdan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 8-i axşamdan 11-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti