Bakı. Trend:
Azərbaycanda gənclərin biliklərə, texnologiyaya yiyələnməsi üçün imkanlar yaradılıb.
Trend xəbər verir ki, bu barədə Baş nazirin müavini Əli Əhmədov Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün bağlanış mərasimində çıxışı zamanı deyib.
“Bu kimi tədbirlər yetişməkdə olan nəslin bilik bacarıqlarının formalaşasına, həm də ictimai əlaqələr qurmaq üçün əhəmiyyətlidir. Azərbaycanda elm və təhsilin inkişafı üçün imkanlar yaradılır”,- deyə Ə. Əhmədov bildirib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün bağlanış mərasimi keçirilir.
Əvvəlcə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov hesabatla çıxış edib.
Bildirilib ki, SAF 2023-də 27 komanda I, 73 komanda II, 67 komanda isə III yerə layiq görülüb. Xüsusi nominasiyalar üzrə isə 101 komanda qalib olub.