...

Naxçıvan məktəblərində qızılca ilə bağlı son vəziyyət açıqlandı

Cəmiyyət Materials 9 Dekabr 2023 12:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov məktəblərdə hazırda qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, çox sürətli yayılması ilə bağlı narahatedici məqamların olmadığını bildirib.

Trend xəbər verir ki, bunu E.Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

“Məktəblərimizdə hazırda qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, çox sürətli yayılması ilə bağlı narahatedici məqam yoxdur. Bizim tərəfimizdəndə bu proses ciddi nəzarət altındadır”, - o deyib.

Nazir müavini bildirib ki, Naxçıvan Muxtar Respublikası səhiyyə və təhsil nazirlikləri infeksion xəstəliklər və qızılcaya yoluxma halları ilə bağlı mütəmadi məlumat mübadiləsindədirlər:

“Bizim təhsil müəssisələrimiz gündəlik olaraq şagirdlərdə müşahidə edilən xüsusilə temperatur və ya hər hansısa bir səpkilər, xəstəlik simptomlarına uyğun hər hansı bir göstəricilər olursa, həmin şagirdlərlə bağlı məlumatları Səhiyyə Nazirliyinə ötürür. İndiyə qədərki prosesdə aydın olur ki, çox az faiz çərçivəsində müşahidə etdiyimiz bu simptomlar və əlamətlər qızılca xəstəliyinin göstəricisi kimidir”.

Xəbər lenti

Xəbər lenti