Dubay. Trend:
COP28 konfransında Azərbaycanın zəngin mədəniyyəti və tarixinin təqdimatı nümayiş olunub.
Trend bu barədə bazar ertəsi xəbər verir.
Qeyd edək ki, Dubayda (BƏƏ) COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmən elan edilib.
Xatırladaq ki, sonuncu COP28 cari il Dubayda keçirilir. 100 minə
yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən
genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş
Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı
qatılıb.
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu
arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı
təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul
etməlidir.
2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional
qrupuna düşür.
Videonu təqdim edirik: