...

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib

Cəmiyyət Materials 17 Dekabr 2023 15:43 (UTC +04:00)
Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 17-də Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildiriblər ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 11 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 11 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 257 nəzarətçi müəllim, 41 buraxılış rejimi əməkdaşı ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərin üzərində xüsusi rabitə qurğusu aşkar olunduğundan imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Dekabrın 18-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın iki gün ərzində elan olunacaq.

Məlumat üçün bildiririk ki, bu gün Bakı şəhəri ilə yanaşı, Naxçıvan şəhərində də dövlət qulluğuna qəbul imtahanı keçirilməli idi. Lakin səhər saatlarında Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı dekabrın 24-nə dəyişdirilib. Namizədlər bu imtahan üçün buraxılış vərəqəsini növbəti həftə ərzində (imtahana 3 gün qalmış) çap edə biləcəklər. Yeni buraxılış vərəqələri sayta yerləşdiriləndə məlumat paylaşılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti