...

İran vətəndaşı Naxçıvanda təcridxanaya narkotik keçirməyə cəhd etdi

Cəmiyyət Materials 30 Dekabr 2023 12:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda istintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsinə cəhd olunub.

Naxçıvan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 206.2 maddəsi ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxsə - İran İslam Respublikası vətəndaşı Yousefi Asadollah Hokmalı oğluna tanıdığı həmyerlisi İran İslam Respublikası vətəndaşı Abedını Reza Hassan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman həbs edilmiş şəxsə verilməsi üçün gətirilmiş şalvarda gizlədilmiş kağız bükülüdə təmiz çəkisi 0,03 qram narkotik vasitə - “metadon” aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti