...

7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

Cəmiyyət Materials 2 Aprel 2024 11:13 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

7 mindən çox vətəndaş hakerlərin qurbanı olub.

Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

“Eyni zamanda, Xidmətimiz tərəfindən dövlət qurumlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da zəruri tədbirləri həyata keçirir. Hazırda 30 000 dövlət qulluqçusunun istifadə etdiyi mərkəzləşmiş elektron poçt sistemi vasitəsi ilə dövlət qurumları əməkdaşlarını hədəfləyən kiberhücumların qarşısı mərkəzi qaydada, olduqca effektiv şəkildə alınır.

Belə ki, bu sistem vasitəsi ilə cari ilin ötən dövrü ərzində 16 milyon 993 min elektron poçt emal edilib ki, onlardan 15 milyon 577 min istifadəçilərə çatdırılıb, 1 milyon 416 min elektron poçtun zərərli tərkibli olması müəyyənləşdirilərək blok edilib. Hazırda bu sistemin təkmilləşdirilməsi və istifadəçi sayının 60 000-ə çatdırılması üzrə işlər yekunlaşmaq üzrədir”.

Onun sözlərinə görə, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər:

"Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı, istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatları hakerlərin qurbanına çevirmiş vətəndaşların statistikası mütəmadi olaraq Xidmətimiz tərəfindən aparılır. Ötən dövr ərzində onların sayı 7000-dən çox olub".

Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.

20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.

Xəbər lenti

Xəbər lenti