...

Bakıda iki rayonda qaz kəsiləcək

Cəmiyyət Materials 5 Aprel 2024 20:21 (UTC +04:00)
Bakıda iki rayonda qaz kəsiləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar Bakı şəhərində iki rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, R.Əsgərov küçəsi 39 ünvanında və S.Mehmandarov küçəsi 94A ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin, Binəqədi rayonu, 7-ci Mikrorayon, Süleyman Sani Axundov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə 06.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun R.Əsgərov, S.Mehmandarov, Ə.Şıxlinski küçələrinin və Binəqədi rayonu, 7-ci Mikrorayonun 31 və 26-ci məhəllələrinin, Union Park yaşayış massivinin, Süleyman Sani Axundov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti