...

Müəllimlərə sosial media hesablarında iş yerinin nüfuzunu aşağı salan səs və videolar paylaşmaq qadağan edildi

Cəmiyyət Materials 23 May 2024 15:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.

Trend xəbər verir ki, bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda öz əksini tapıb.

Belə ki, təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməli, sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti