...

"28 May" stansiyasında ölən sərnişin 68 yaşlı kişi olub - TƏBİB

Cəmiyyət Materials 2 İyun 2024 16:57 (UTC +04:00)
"28 May" stansiyasında ölən sərnişin 68 yaşlı kişi olub - TƏBİB

Bakı. Trend:

Bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, bu gün "28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb və yerindəcə dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti