...

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Cəmiyyət Materials 4 İyun 2024 17:32 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yeni rüsumlar müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

Eyni zamanda, layihəyə əlavə edilən yeni 22.0.41-ci maddədə, döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödənilməsi təklif edilir.

Dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının iyunun 7-də keçiriləcək iclasında müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti