...

Araz çayında suyun səviyyəsi artıb (FOTO

Cəmiyyət Materials 27 İyun 2024 19:38 (UTC +04:00)
Araz çayında suyun səviyyəsi artıb (FOTO
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bəhrəmtəpə Hidroqovşağında ötürücü qapılarla suyun səviyyəsinin nizamlanması üçün təcili təxirə salınmaz tədbirlər görülüb.

Trend xəbər verir ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Araz çayında da suyun səviyyəsinə təsir edib.

Belə ki, Bəhrəmtəpə Hidroqovşaq İstismarı İdarəsindən verilən məlumata​ görə çayda su artımı ötən gün axşam saatlarından artmağa başlayıb. Araz çayının​ qolları olan dağ çaylarındakı su artımı və güclü yağıntılar hesabına çayın səviyyəsi qalxıb.

Bu gün səhər saatlarında isə Arazda suyun axımı saniyədə 400 kubmetrə bərabər olduğu üçün hidroqovşaqdakı ötürücü qapılar vasitəsi ilə suyun nizamlanması işlərinə başlanılıb. Suyun bir qismi suvarma kanallarına ötürülüb, digər bir hissəsi isə çay yatağına buraxılıb.​ Çayda su axımı saniyədə 120 kubmetrə qədər endirilib.

İdarədən verilən məlumata görə, hidroqovşaqda 6 ədəd su ötürücü qapı varki bunlar vasitəsi ilə saniyədə 2700 kubmetr suyun buraxılması və nizamlanması mümkündür. Hazırda çayda suyun səviyyəsi ilə bağlı hər hansısa təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti