...

Aşura günü ilə əlaqədar Bakıda 815 nəfər könüllü qan verib

Cəmiyyət Materials 16 İyul 2024 12:47 (UTC +04:00)
Aşura günü ilə əlaqədar Bakıda 815 nəfər könüllü qan verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Qanvermə aksiyaları Respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilir.

Aksiyalar səhər 9:00-dan başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti