...

Daxili İşlər Nazirliyi əhaliyə çağırış edib

Cəmiyyət Materials 21 Sentyabr 2024 14:29 (UTC +04:00)
Daxili İşlər Nazirliyi əhaliyə çağırış edib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər olunur. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb edilir.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

Nazirliyin çağırışında daha sonra vurğulanır:

“Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Bütün bunları nəzərə alaraq bir daha çağırış edirik ki, həmin hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər”.

Xəbər lenti

Xəbər lenti