...

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdamda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

Cəmiyyət Materials 3 Oktyabr 2024 14:13 (UTC +04:00)
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdamda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdam rayonunun Sarıcalı kəndində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Trend xəbər verir ki, səfər iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan minatəmizləmə işləri barədə məlumat verilib.

Eyni zamanda, iştirakçılara otuz ilə yaxın işğal müddətində qadınlar və uşaqlar da daxil olmaqla minlərlə şəxsin mina qurbanına çevrildiyi bildirilib, basdırılmış minaların regionda həyata keçirilən tikinti və bərpa prosesinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə yaratdığı diqqətə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti