Bakı. Trend:
Oktyabrın 4-5-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Trend bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verir.
Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı
var.Çaylarda sululuğun artacağı ehtimalı var.