...

Şuşada yeni yaşayış binaları tikiləcək

Cəmiyyət Materials 15 Oktyabr 2024 14:38 (UTC +04:00)
Şuşada yeni yaşayış binaları tikiləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şuşada yeni yaşayış binaları tikiləcək və insanların köçürülməsi davam edəcək.

Trend xəbər verir ki, bunu Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O qeyd edib ki, Şuşa şəhərində abidələrin bərpa olunması işləri davam edir.

T.Novruzov bildirib ki, bu il Şuşanı xeyli sayda insanlar ziyarət edib.

“Bu il Şuşaya sakinlərin köçürülməsi həyata keçirilib. Böyük qayıdış proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir və insanların öz doğma yurdlarına köçürülməsi davam etdiriləcək”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti