...

"Bakı Metropoliteni" QSC sədrinə yeni müşavir təyin edilib

Cəmiyyət Materials 20 Fevral 2025 09:55 (UTC +04:00)
"Bakı Metropoliteni" QSC sədrinə yeni müşavir təyin edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İnarə Vəliyeva "Bakı Metropoliteni" QSC sədrinin müşaviri təyin edilib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

İnarə Vəliyeva 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində bakalavr, 2007-2010-cu illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

2007-2014-cü illərdə “Procter&Gamble” şirkətində marketinq və brend menecmentliyi sahələrində regional rəhbər vəzifələrində, 2015-2021-ci illərdə “Dərs evi" tədris mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

2014-cü ildən fərqli sektorlarda marketinq, brend menecmentliyi, kommersiya sahələrində konsultasiya xidmətləri göstərib.

2021-ci ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışıb. Məlumat Hesablama Mərkəzi, “Azintelecom”da sədr müavini, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifələrində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti