...

Azərbaycana yaz gəldi

Cəmiyyət Materials 20 Mart 2025 13:01 (UTC +04:00)
Azərbaycana yaz gəldi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana yaz fəsli qədəm qoydu.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Trend-ə bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olub.

Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Beləliklə, həmin andan Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.

Xəbər lenti

Xəbər lenti