Bakı. Trend:
Novruz bayramında tonqalların qalanmasına görə yeddi yanğın olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Dünən gecə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində baş vermiş yanğınların söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 7 yanğına çıxış olub.
Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar böyük fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - qurumdan qeyd edilib.