Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Gündüz əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə +4 dərəcədən +7 dərəcəyədək, gündüz +8 dərəcədən +13 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var, arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +3 dərəcədən +7 dərəcəyədək, gündüz +7 dərəcədən +11 dərəcəyədək, dağlarda gecə -2 dərəcədən -7 dərəcəyədək, gündüz 0 dərəcədən +5 dərəcəyədək isti olacaq.