...

Azərbaycanda bir gündə 13 mindən artıq ağac əkildi (FOTO)

Cəmiyyət Materials 21 Mart 2025 15:44 (UTC +04:00)
Azərbaycanda bir gündə 13 mindən artıq ağac əkildi (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

21 mart Beynəlxalq Meşələr Günündə ölkənin bir çox regionlarını əhatə edən meşə fondu torpaqlarının açıq sahələrində ağacəkmə tədbirləri keçirilib.

Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən aparılan ağacəkmə tədbirləri zamanı bir gündə hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 13 650 ədəd müxtəlif cinsli ağac tingi əkilib və 100 kiloqrama yaxın toxum səpilib.

Əkilən ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti