...

Sayğacların dəyişdirilməsi adı ilə vətəndaşlardan pul alan şəxs saxlanıldı

Cəmiyyət Materials 24 Yanvar 2026 11:18 (UTC +04:00)
Sayğacların dəyişdirilməsi adı ilə vətəndaşlardan pul alan şəxs saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şühhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb. Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır. Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti