...

YELENA PARXOMENKO: "HƏR MATÇDA QƏLƏBƏ ÜÇÜN OYNAYACAĞIQ"

Cəmiyyət Materials 17 Sentyabr 2005 14:03 (UTC +04:00)

"Avropa çempionatının yarımfinalına çıxmaq üçün hər matçda qələbə qazanmaq lazımdır. Və sentyabrın 17-də Polşa ilə oyun da istisna olmayacaq".

Bu barədə Trend ə Xorvatiyada qitə birinciliyinin qrup mərhələsinin birinci qarşılaşması ərəfəsində Azərbaycan yığmasının voleybolçusu Yelena Parxomenko bildirib.

O qeyd edib ki, Zaqrebdə bir neçə yoxlama görüşləri nəticəsində komanda oyun gücü toplayıb. "Növbəti görüşlərə ruh yüksəkliyi ilə hazırlaşmaq üçün hər zaman yarışlara qələbə ilə başlamaq istəyirsən.

Buna görə də polşalılar üzərində qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Lakin bu, o qədər də asan olmayacaq. Çünki Polşa yığması güclü Avropa çempionudur", - deyə Y.Parxomenko vurğulayıb.

Xatırladaq ki, "B" yarımqrupuna Azərbaycandan başqa Almaniya, Rumıniya, Serbiya və Xorvatiya yığmaları da daxildir.

Xəbər lenti

Xəbər lenti