Bakı noyabrda keçirilcək qadınlar arasında həndbol üzrə Avropa -2006 çempionatının seçmə turnirini qəbul edə bilər.
Trend in məlumatına görə, püşatmanın nəticələri üzrə ixtisaslaşdırılmış mərhələ Litvada keçirilməlidir. Lakin litvalılar yarışın təşkilindən imtina edəcəkləri istisna edilmir. Belə olan halda, seçməni .z namizədliyini irəli sürən və ixtisaslaşmanı qəbul etmək hüquq uğrunda mübarizə aparan Azərbaycan qəbul edə bilər. Xüsusən ona görə ki, Bakıda artıq ötən il dünya çempionatının seçmə mərhələsi keçirilib. Ümumiyyətlə, bu məsələ hələlik müzakirə mərhələsindədir.
Qeyd etmək lazımdır ki, Avro-2006-nın ilkin mərhələsində Valeri Pevnitskinin yetirmələrinin rəqibi Slovakiya, Litva, Portuqaliya, Yunanıstan və Finlandiya komandaları olacaq.